Xəbərlər
Yevlaxda Xocalı soyqırımı mövzusunda inşa müsabiqə keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məktəblilər arasında “Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli səhifəsidir” mövzusunda inşa müsabiqəsi keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, 10 nömrəli tam orta məktəbin direktor müavini, Xocalı sakini İlayə Hüseynova XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumat veriblər. Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu qeyd edilib, faciə həqiqətlərinin dünyaya tanıdılması işinin dövlətin daim diqqət mərkəzində olduğu vurğulanıb.
Çıxışlardan sonra qaliblər mükafatlandırılıb.
Müsabiqədə Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Allahverdi Anar oğlu Qəribov 1-ci, Yevlax rayon Səmədabad kənd tam orta məktəbin şagirdi Duyğu Firdovsi qızı Qurbanlı 2-ci, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Sevdayə Fizuli qızı Cəfərli 3-cü yerin qalibi olublar.
Qaliblər və fərqləndiyinə görə Yevlax rayon Varvara kənd tam orta məktəbin şagirdi Sayalı Rəşad qızı Rəsulzadə fəxri fərmanla təltif olunublar.