YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qisası alınan Xocalı”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qisası alınan Xocalı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıb. O, Xocalı soyqırımı ilə erməni millətçilərinin öz vəhşi simalarını bir daha nümayiş etdirdiklərini, törədilən faciənin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu deyib.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğu qeyd edilib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi Loğman Hacıbədəlli, ərazi partiya təşkilat sədrləri  Şəmistan Yusifov, Günay Rzayeva, Ruhanə Həsənova və fəal partiya üzvləri Təhminə Nəsibova, Aytən Məmmədova, Aytən Əliyeva da bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin nümunəsi olduğunu söyləyiblər.

DİGƏR Xəbərlər Arxiv