YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“İnsanlığa qarşı törədilmiş faciə”

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad şəhəri 4 saylı tam orta məktəbdə 26 Fevral - Xocalı soyqırımına həsr olunmuş “İnsanlığa qarşı törədilmiş faciə” mövzusunda tədbir keçirib.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, 4 saylı tam orta məktəbin direktoru Mais Məmmədov, məktəbin müəllimi Aidə Salayeva bildiriblər ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qeyd olunub ki, bu faciə nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür.  Girov götürülülənlərdən 150 nəfərin taleyi hələ də naməlum olaraq qalmaqdadır.

O da vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan Ordusu ermənilərin törətdikləri cinayətlərin qisasını döyüş meydanında aldı. Azərbaycan xalqının qanına susamış hərbi cinayətkarlar bu gün dövlətimiz tərəfindən ədalət məhkəməsi qarşısına çıxarılıb, qanun qarşısında cavab verirlər.

Daha sonra məktəbin şagirdi Əminə Quliyeva “İnsanlığa qarşı törədilmiş faciə” mövzusunda təqdimat ilə çıxış edib.

Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda məktəbin şagirdləri Xocalı soyqırımı ilə bağlı şeirlər səsləndiriblər.

DİGƏR Xəbərlər Arxiv