Xəbərlər
Lerikin Mistan inzibati ərazisində İqbal Məmmədovun təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis Seçkilərində 78 saylı Lerik Seçki Dairəsi üzrə namizədliyi irəli sürülən İqbal Nəriman oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində Mistan inzibati ərazisində seçicilərlə görüş keçirilmişdir.
Görüşdə ərazinin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri, gənclər iştirak etmişlər.
Görüşdə YAP-ın səlahiyyətli nümayəndəsi Elxan Qənbərov çıxış edərək YAP-ın seçki platforması ilə seçiciləri tanış etdi, ölkədə gedən sürətli inkişafdan, Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətdən danışdı.
Namizədin vəkilləri Həmzə Vəliməmmədov, Elman Rəcəbov namizəd haqqında ətraflı məlumat verərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırdılar.
Seçicilərdən kənd ağsaqqalı Əlişa Muradov, İskəndər Yusifov və digərləri çıxışlarında birmənalı olaraq cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət bəyəndiklərini və YAP-ın namizədinə səs verəcəklərini bildirdilər.