YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının yaradılmasının 32 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının yaradılmasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, sədr müavini Əlövsət Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, partiya veteranı Sərraf Heydərov, ərazi partiya təşkilatının sədri Leyla İbrahimova çıxış edərək tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışıblar. Natiqlər vurğulayıblar ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Şəhid ailələrinə Vətənin qəhrəman övladlarının xatirəsinə həsr olunmuş hədiyyə təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv