Xəbərlər
"Uğurlu yolun tarixi və perspektivləri"
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təsis olunmasının 32-ci ildönümünə həsr olunmuş “YAP Sumqayıt: Uğurlu yolun tarixi və perspektivləri” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramız Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında yer alıb. Bu, dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan R. Hüseynov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını xüsusi vurğulayıb.
Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbəri Sultan Əsədov, 2 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşı Fəridə Qafarova, ərazi partiya təşkilatının sədri Tural Ədülhəsənov, Sumqayıt Dövlət Universitetinin tələbələri Ömər Xəlilov və Nəzrin Alıyeva qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.