Xəbərlər
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb

Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 455-dən 473 ştat vahidinə qaldırılıb.