Xəbərlər
Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Sabirabad Dövlət Sosial-İqtisadi kollecində Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, kollecin direktor müavini Ülviyyə Şixəliyeva, kollecin müəllimi Nigar İsmayılova, kollecin tələbəsi Gülüstan Ağayeva və digərləri bildiriblər ki, Ulu Öndərin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu təsdiqlədi, insan hüquqları və azadlıqlarını əsas prinsiplər kimi müəyyən etdi, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) hüquqi çərçivəyə saldı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipini təsbit etdi.
Vurğulanıb ki, konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı və ölkənin gələcək inkişaf istiqamətini müəyyən etdi. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi.