Xəbərlər
“Heydər Əliyev və müasir Azərbaycan”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Aztelekom” MMC Cənub Regional Filialının Masallı şöbəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda növbəti seminar keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov, “Aztelekom” MMC Cənub Regional Filialının Masallı şöbəsinin ərazi partiya təşkilatının sədri Daşqın Babayev və digərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaratdığını deyiblər. Natiqlərin sözlərinə görə, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövrü onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoydu. Lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, suverenliyimiz bərpa olundu.