YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidə həsr olunan “Cənnət ətirli Şəhidim” kitabının təqdimatı olub

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında Vətən müharibəsi şəhidi Emin Tahir oğlu İsmayılovun əziz xatirəsinə həsr olunan “Cənnət ətirli Şəhidim” adlı kitabın təqdimatı olub.

Əvvəlcə şəhid Emin İsmayılovun, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Təqdimat mərasimində YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, şəhidin anası Məlahət İsmayılova, şəhidin xalası Sücayət Əhmədova, müğənni-bəstəkar Ruslan Səfəroğlu, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızı və digər şəxslər çıxış ediblər.

Qeyd olunub ki, kitabda E.İsmayılovun həyat yolu, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu əks olunub. Vətən uğrunda canlarını fəda etmiş şəhidlər haqqında bu cür kitabların işıq üzü görməsinin vacibliyi önə çəkilib.

Şəhidin ailəsi “Cənnət ətirli Şəhidim” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

DİGƏR Xəbərlər Arxiv