Xəbərlər
Milli Məclisin deputatı seçiciləri ilə görüş keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Üstüpü və Düylün kənd mərkəzlərində seçicilərlə görüşlər keçirib.
Bu görüşlərdə Məzrə və Çənnəb kəndlərindən olan seçicilər də iştirak ediblər.
Görüşlərdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.