YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu fəaliyyət, strateji prioritetlər

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında nəqliyyat infrastrukturu və bu sahədə həyata keçirilən layihələrdən bəhs edib. Son illər ərzində nəqliyyat sektorunun inkişafı hər bir ölkənin iqtisadiyyatının dayanıqlığı və beynəlxalq inteqrasiyası üçün mühüm amilə çevrilib.

Müşavirədə xüsusilə yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsi, müasir standartlara uyğun magistral yolların salınması və dəmir yolu infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilən layihələr regionlararası əlaqələrin gücləndirilməsinə və beynəlxalq yük daşımalarının həcminin artmasına şərait yaradacaq. Həmçinin, şəhərlərdə tıxacların aradan qaldırılması və ictimai nəqliyyat sisteminin səmərəliliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi müzakirə olunub. Elektrik avtobuslarının istifadəsi, metro xətlərinin genişləndirilməsi və “ağıllı şəhər” layihələrinin nəqliyyat bölməsi xüsusi vurğulanıb.

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları isə inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.

Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti illik 5 milyon tona çatsa da, bu, son hədəf deyildir. Həmçinin, Ermənistanın bu layihədən kənarda qalmasından narahat olan dairələrin də arzuları elə ürəklərindəcə qalaraq tarixə qovuşmuşdur. Bu, ilk növbədə, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.

Müşavirədə təklif olunan strateji hədəflərin icrası nəqliyyat sisteminin səmərəliliyini artıracaq. Tranzit dəhlizlərinin inkişafı ölkənin beynəlxalq mövqeyini möhkəmləndirəcək. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və “yaşıl nəqliyyat” təşəbbüslərinin genişləndirilməsi ilə ekoloji davamlılıq təmin ediləcək. Regionlararası əlaqələrin inkişafı və inteqrasiya olunmuş sistemin qurulması ölkənin nəqliyyat sahəsində yeni perspektivlər açacaq. Bu təşəbbüslərin icrası yalnız nəqliyyat sisteminin inkişafına deyil, həm də iqtisadi və sosial tərəqqiyə mühüm töhfə verəcək. Nəticədə, irəli sürülən strateji yanaşmalar ölkənin gələcək nəqliyyat siyasətinin formalaşmasında əsaslı rol oynayacaq.