YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəbirli kəndində şəhid Elnur Əhliman oğlu Hüseynovun ailəsini ziyarət edib. Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Anar Məmmədov ailənin qayğıları ilə maraqlanmış, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

Şəhid atası Əhliman Hüseynov dövlətimizin bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

DİGƏR Xəbərlər Arxiv