YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə dərin ehtiram ifadə ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər Gününün əhəmiyyətindən danışan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalına hədiyyə, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.