YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüz birliyimizdədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Culfa, Ərəzin, Saltaq, Bənəniyar və Milax bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Culfa  bələdiyyəsi üzrə namizəd  Məhəmmədəli Əliyev, Ərəzin  bələdiyyəsi üzrə namizəd  Natiq Məmmədov, Bənəniyar bələdiyyəsi üzrə namizəd Vəli Sərxanlı, Milax bələdiyyəsi üzrə namizəd Əli Məmmədov YAP-ın bələdiyyə seçkiləri ilə bağlı proqram və məqsədləri haqqında ətraflı məlumat veriblər.

Seçicilər Araz Fərzəliyev, Anar Hüseynov, Rəsul İbrahimov, Duvangir Əhmədov, Hətəm Gülmalıyev YAP fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv