YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabran seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Şabran bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə qapı-qapı və məhəllə  görüşləri keçirilib.

Şabran bələdiyyəsi üzrə namizədlər Fidan Fərzəliyeva və Elvin Hüseynov partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqram və məramından geniş danışmaqla yanaşı, yerli özünüidarəetmə orqanlarının perspektiv inkişafı ilə bağlı hədəflərindən də söz açıblar. Onlar, həmçinin bildiriblər ki, ölkə başçısının sosial siyasəti daim Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Prezident, YAP Sədri İlham Əliyev öz çıxışlarında həmişə qeyd edir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır.

Namizədlər seçiciləri Azərbaycanın ictimai-siyasi mühitinə yeni ab-hava gətirən partiyanın - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.

Seçicilər İlqar Rəsulov, Sabit Bayramov, Orxan Xıdırov, Adil Məmmədov, Qulu Mövsümov və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində şəhid ailələrini və qaziləri də ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv