YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Rifah və inkişafa səs verək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Lənkəran və Gəgiran bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP-ın səlahiyyətli nümayəndələri Yalçın Əliyev və Sitarə Babayeva Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət kimi inamla inkişaf etdiyini, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə çox mühüm nailiyyətlərə imza atdığını və Zəfər zirvəsinə yüksəldiyini vurğulayıblar.

Seçki qərargahının üzvləri Fəxrəddin Caniyev, Mirzəhüseyn Miriyev və bələdiyyə üzvlüyünə namizədlər Habil Ağayev, Sevda Əhmədova, Sevər Kazımova, Vusala Babayeva çıxışlarında ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatların bələdiyyə institutunun da inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri öz fəaliyyətlərini yeni hədəflər istiqamətində quracaqlar. “Yeni Azərbaycan Partiyasını dəstəkləməklə növbəti dəfə rifah və inkişafa səs verək”, - deyə seçicilərə çağırış edilib.

Qeyd edək ki, rayonun Osaküçə, Göyşaban, İstisu, Boladı, Sütəmurdov, Aşağı Nüvədi, Səpnəkəran, Gətmətük, Girdəni, Haftoni, Kərgəlan və Rvo bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

DİGƏR Xəbərlər Arxiv