YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın yekdil dəstəyi və etimadı ilə...

Azərbaycan Respublikasında  2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Mamırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının  (YAP)  namizədlərinin Mamırlı  və Poladlı  kəndlərində seçicilərlə görüşü  keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, partiyanın Tərtər rayon təşkilatının sədr müavini  Azər Ağayev, həmçinin təşkilatın əməkdaşları  Əli Paşayev və Gündüz Alıkişiyev, Mamırlı bələdiyyəsi üzrə namizədlər Seymur Məmmədov, Gülarə Allahverdiyeva və Hökümə Həsənova çıxış ediblər.

Qeyd olunub ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf tarixinə malikdir. Bu partiya yarandığı gündən xalqın etimadını doğruldub və keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb. Bildirilib ki, bələdiyyələr cəmiyyətin sosial-iqtisadi inkişafında və vətəndaşların rifahının təmin edilməsində mühüm rol oynayır. Bələdiyyələrin effektiv fəaliyyəti dövlət idarəetmə sisteminin gücləndirilməsi və şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir.

Seçicilər, qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Eyni zamanda, rayon ərazisində məhəllə görüşləri də keçirilib.

DİGƏR Xəbərlər Arxiv