Xəbərlər
Gəncədə YAP tərəfindən deputatlığa namizəd Kərimzadə Pərvin Orxan qızının seçicilər ilə görüşü keçirilib

Milli Məclisə seçkilərlə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində 12 oktyabrda “Novruz” meydanında 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən deputatlığa namizəd Kərimzadə Pərvin Orxan qızının seçicilər ilə görüşü keçirilib.
Toplantını giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiyanın qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi,onun siyasi məktəbinin yetirməsi ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin davam etdirdiyi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlərdən danışıb,YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə səs çoxluğu ilə qalib gəldiyni diqqətə çatdırıb. O, partiyanın layiqli namzədlərinin xalq tərəfndən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədləri haqqında ətraflı məlumat verib. Seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və bu gün görüşü keçirilən Kərimzadə Pərvin Orxan qızına, eləcə də partiyanın digər namizədləri- Həmzəyev Naqif Ələşrəf oğluna, Fətiyev Xanlar Nuru oğluna və Quliyev Musa İsa oğluna 1 noyabrda keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.
Toplantı “Yaşasın müstəqil Azərbaycan!”, “Yaşasın Yeni Azərbaycan Partiyası!”, “Müstəqilliyimiz əbədi və dönməzdir!” şüarları ilə başa çatıb.