YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP cəmiyyətin avanqard siyasi qüvvəsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu,  Mamırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının  (YAP)  namizədlərinin İrəvanlı və Soyulan  kəndlərində    seçicilərlə görüşləri  keçirilib.

Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Mamırlı bələdiyyəsi üzrə namizəd Natella İbrahimova, Günel İsmayılova və Mehrac Şəmiyev çıxış ediblər.

Görüşlərdə  bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir. Qeyd olunub ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini birmənalı şəkildə bildiriblər.