YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP gücünü xalqdan alır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Milax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov partiyamızın böyük seçki təcrübəsinə malik olduğunu söyləyib. O bildirib ki, YAP bütün seçkilərdə müasir seçki texnologiyalarından səmərəli istifadə edir. Bələdiyyə seçkilərində də məhz belədir.  

Seçki qərargahının üzvü Cəlal Həsənli, namizədlər Dünyamalı Hacıyev, Əli Məmmədov, Sərdar Məhərrəmov, Fatimə Rüstəmli və Saleh Quliyev bələdiyyələrin sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini diqqətə çatdırıblar. Onlar qarşıdan gələn seçkilərdə seçicilərin YAP-ın namizədlərinə səs verəcəklərinə inandıqlarını söyləyiblər. Çünki YAP gücünü xalqdan alır.

Qeyd edək ki, Cülfa  bələdiyyəsi üzrə namizəd Nicat Hüseynov və Saltaq bələdiyyəsi üzrə namizəd Sevinc Mustafayeva da seçicilərlə görüş keçirib, YAP-ın  bələdiyyə  seçkiləri  ilə  bağlı  proqram  və  məqsədləri haqqında  ətraflı  məlumat  veriblər.

Seçicilər İsfəndiyar Əliyev, Elman Hacıyev, Elçin Nəcəfov və Yadulla Novruzov çıxış edərək YAP-ın namizədlərini dəstəklədiklərini bildiriblər.