YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlar davamlıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Pərviz Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, Ədalət Quliyeva, Nargilə Kərimova, Vüsal Alşanov, Gülnarə Dadaşova, Mahnur Ömərova, Gültəkin Nəzərova, Şəmsinur Hüseynova, Gülnar Hidayətova, Sübhan Qasımov, Nağı Zeynallı və Xədicə Abdullayeva bələdiyyələrin mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini bildiriblər.

Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.