YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərurlular “Seçimimiz bəllidir” deyirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Düdəngə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar vətəndaşlar tərəfindən təqdirlə qarşılanır. Təşkilat sədri qeyd edib ki, cəmiyyətimizdə mütəşəkkil siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində xalqın inam və etimadına tam arxalanır.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Əli İsmayılov və Musa Şirəliyev, bələdiyyə üzvlüyünə namizədlər Orxan Baxşəliyev, Mehman Əliyev və Tərifə Kərimova ötən müddət ərzində bütün strukturlarda olduğu kimi, yerli özünüidarəetmə orqanlarının  yüksək inkişafı istiqamətində də  mühüm addımlar atıldığını  diqqətə çatdırıblar. Namizədlər seçiləcəkləri təqdirdə onlara  göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğulayıblar.

“Seçimimiz bəllidir” - deyən seçicilər isə qeyd ediblər ki, uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyik.