YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial rifah, layiqli xidmət!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ölkəmizin suverenliyinin bərpası şəraitində keçiriləcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bütün seçkilərdə olduğu kimi Yeni Azərbaycan Partiyası bu seçkiyə də böyük önəm verir. Təşkilat sədri əlavə edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın üzvləri öz fəaliyyətlərini yerli idarəetmənin təkmilləşdirilməsi və daha yüksək xidmət keyfiyyətinin təmin olunmasına yönəldəcəklər.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Mirqiyam Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Qeyrət Şükürov, Vilayət Şahlarov və Rəna Hacızadə bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda partiyanın namizədlərinin zəngin təcrübəsi və təşəbbüskarlığı qarşıya qoyulmuş hədəflərə çatmaq üçün əsas zəmin kimi qiymətləndirilib.

Seçicilər Xızır Əlməmmədov, Gülşən Abdullayeva və digərləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini, məhz bunu əsas tutaraq yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.