Xəbərlər
Dayanıqlı inkişaf yolu
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Ərus bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə indiyədək keçirilən bütün seçkilərdə qalib gəlib.
Bələdiyyə üzvlüyünə namizəd Elmar Mirzəyev, Hilal Abazaliyev və Əmrah Mənsimli bələdiyyə üzvü seçiləcəkləri təqdirdə vətəndaş məmnunluğunu prioritet məsələ kimi daim diqqətdə saxlayacaqlarını qeyd ediblər. Namizədlər çıxışlarında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliklərinin irəli sürülməsini partiyanın onlara göstərdiyi yüksək diqqət kimi qiymətləndiriblər.
Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.