Xəbərlər
BVF Azərbaycanın iqtisadi artım proqnozunu artırıb
Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
BVF “Dünya İqtisadi Proqnozları” adlı hesabatının oktyabr sayını dərc edib. Hesabatda qeyd olunur ki, BVF, Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% idi.
BVF, gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi. BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaqdır. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar, 2016-cı ildə 2.7 milyard dollar təşkil edəcək.