YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Babayev: DSMF-a edilən müraciətlər 27 faiz azalıb

2015-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb. Bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.  Bu barədə  Fondun sədr müavini Zakir Babayev bildirib.

Z.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb. Onun fikrincə, bu, yüksək göstəricidir.