YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni məqsədlərə doğru inamla

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən təqdirlə qarşılanır. Yeni hədəflərin yeni çağırışlarla tamamlandığını deyən rayon təşkilatının sədri bələdiyyə seçkilərinin ölkə üçün yeni müvəffəqiyyətlər vəd etdiyini, partiya tarixinə yeni uğur səhifəsi kimi yazılacağını söyləyib.

Təşviqat qrupunun üzvləri Lalə Bayramova və Mərziyyə Nəcəfova, bələdiyyə üzvlüyünə namizədlər Nicat İsmayılov və Nigar Əhmədova qeyd ediblər ki, partiya 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır.

Görüş zamanı seçicilər Nəzakət Quliyeva və Gülnaz Güləliyeva bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün namizədlər Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin ailəsini ziyarət edib, seçicilərlə ayrı-ayrı ərazilərdə görüşlər keçiriblər.