Xəbərlər
YAP yeni uğurlara imza atacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri şəhid ailələrini, qaziləri ziyarət edib, seçicilərlə məhəllə görüşləri keçiriblər.
Görüşlərdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb.
Çıxış edənlər YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək yerli özünüidarəetmənin təkmilləşdirilməsinin önəmini vurğulayıb, seçiciləri partiya namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın yeni uğurlara imza atacağını əminliklə söyləyib, partiya namizədlərini dəstələyəcəklərini vurğulayıblar.