YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər ən layiqli namizədlərə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Möhübbət Məhərrəmov və Vəfa Dəryahquliyeva ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti və həyata keçirilən layihələrdən bəhs ediblər. Onlar Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıblar.

Görüşdə, həmçinin YAP-ın seçki proqramı seçicilərə təqdim edilib.

Seçicilər bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.