YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar müstəqilliyə gedən yolun başlanğıcıdır

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar müstəqilliyə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.                              

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. RİH başçısı 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda böyük cəsarət nümayiş etdirdiyini vurğulayıb. Rayon təşkilatının sədri müdrik xalqımızın başına gətirilən bu faciənin müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd edib.

A.Nəbiyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin zaman–zaman bütün hədəflərinə çatdığını bildirib. Vurğulanıb ki, müstəqil, suveren Azərbaycanın güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya və dünya şöhrətli Liderə malikdir. O, bütün şəhidlərin və faciə qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının artıqlaması ilə alındığını bildirib.

Tədbirdə partiya veteranlarından Məmməd Yusifov, Gülnaz Alişanova, Cavanşir Rüstəm, şəhid atası Müqabil Məmmədov, gənc partiya fəalı Sücayət Mahmudova çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv