Xəbərlər
Seçim bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin seçicilərlə məhəlli görüşü keçirilib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizəd Heydər Vəliyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs edərək YAP-ın seçki proqramı barədə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini qeyd edib.
Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.