YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP uğurlarımızın davam etdirilməsində qətiyyətlidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev əvvəlcə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş söz açıb.

Seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Mustafa Muradov, Pərviz Məmmədov, Xurşud Zamanova, bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, Ədalət Quliyeva, Nargilə Kərimova, Gülnarə Dadaşova, Mahnur Ömərova, Şəmsinur Hüseynova, Samin Tağıyev, Nağı Zeynallı, Vüsal Alşanov və Gülnar Hidayətova çıxışlarında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv