Xəbərlər
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Prezident İlham Əliyevə başsağlığı verib
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.”