YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatının yaranmasının 32 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə YAP rayon təşkilatının, Xaçmaz Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, həmçinin partiya fəalları və veteranları iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə sonsuz hörmət və ehtiramlarını bildiriblər.

Partiyanın rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov ölkəmizdə 1990-cı illərin əvvəllərindəki mürəkkəb tarixi-siyasi şəraitdən, Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndərin dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, respublika üzrə rayonlar arasında təşkilatlanmada birincilər sırasında yer alan YAP Xaçmaz rayon təşkilatı 17 yanvar 1993-cü il tarixində yaradılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.

Çıxış edən partiya veteranları və fəalları – Nadirşah Süleymanov, Nazim Ağayev, Mədinə Nurməmmədova, Abasyar Heydərov, Sevinc Səduallayeva və digərləri YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, regionda, hətta bütün dünyada yüksək nüfuza malik olmasından danışıblar. YAP-ın sıralarının gündən-günə genişlənməsinin, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv