YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə hədəflənmiş məqsədyönlü fəaliyyət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Məlhəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Yeni Azərbaycan Partiyası həm keçmiş təcrübəni, həm də yeni dövrün tələblərini nəzərə alaraq məqsədyönlü bir fəaliyyət planı həyata keçirir.  YAP-ın fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası olduğu və bu gün də həmin missiyanı uğurla davam etdirdiyi qeyd olunub.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Ağarza Bayramov, Abı Həsənov və təşviqat qrupunun üzvü Fuad Səmiyev bütün seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər İnqilab Mustafayev və Bülbül Məmmədov bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.