YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib partiyanın namizədlərinə səs verək!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə, o cümlədən şəhid ailələri ilə görüşü keçirilib.

Nərimanov rayonu, Ə. Əliyev küçəsi 173 ünvanında yaşayan Vətən müharibəsi şəhidi Əkbər Quliyevin ailəsi YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və YAP-ın namizədləri tərəfindən ziyarət olunub. Ziyarət zamanı YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, namizədlər Nizami Babaşov, Kifayət Xudaverdiyeva, Vüsal Cəfərli və təşviqat qrupunun üzvləri qeyd ediblər ki, Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Namizədlər Yeni Azərbaycan Partiyasının seçki proqramında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu da vurğulayıblar. Qeyd olunub ki, şəhid ailələrinin üzvləri qarşıdan gələn bələdiyyə seçkilərində cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Nərimanov rayonu, Hidayətzadə 5, F. X. Xoyski 108B, 123, 125 və Kaveroçkin 86 küçələrindəki ünvanlarda yaşayan seçicilərlə keçirilən görüşlərdə çıxış edən təşkilatın sədr müavini Anar Abbasov, YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, İradə Qarayeva, Akif Vəliyev, Mahir İbrahimov və təşviqat qrupunun üzvləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar  YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.