Xəbərlər
Tərəqqi yolunda!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Vilvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Böyükağa Axundov Ümummilli Lider Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Çıxış edənlər YAP-ın namizədləri haqqında məlumat veriblər.
Seçki qərargahının üzvləri Səxail Əzimov, İltifat Cavadov və bələdiyyə üzvlüyünə namizədlər Hafizə Quliyeva, Şaiq Əzimov seçiciləri Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün Şağlaser, Hirkan-Xanbulan, Rvo və Aşağı Nüvədi bələdiyyələri üzrə namizədlərin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri də keçirilib.