Xəbərlər
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Prezident İlham Əliyevə başsağlığı verib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması və nəticədə insanların həlak olmaları, yaralanmaları Küveyt Dövlətində dərin hüzn və kədərə səbəb olmuşdur.
Zati-aliləri, Sizə və dost Azərbaycan xalqına, həlak olanların ailələrinə başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, “məkanları cənnət olsun” deyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram.”