YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə başsağlığı verib

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Zati-aliləri.

Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması və bir çox insanın yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”