YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ seçiciləri YAP-ın namizədlərini dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qaradağ rayonu Sahil bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev görüşü açaraq Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətin ölkəmizin iqtisadi inkişafına və yeni tarixi reallıqların yaranmasına mühüm təsir etdiyini vurğulayıb. Qarşıdan gələn bələdiyyə seçkilərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Qafar Əliyev Yeni Azərbaycan Partiyasının seçki proqramı barədə ətraflı məlumat verib, seçkilərin partiyanın növbəti uğuru ilə nəticələnəcəyinə inamını ifadə edib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov ölkəmizdə aparlan institusional islahatlardan, yerli idarəetmənin inkişafından bəhs edib, bu bələdiyyə seçkilərinin ölkəmizin gələcək inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Bələdiyyə üzvlüyünə namizədlər Elmira Əliyeva, Cavanşir Eyvazov, Rəfael Quliyev, Ramil Hüseynov, Namiq Vəliyev və Yusif Nəcəfzadə çıxış edərək ölkəmizin davamlı inkişaf yolunda qətiyyətli addımlarla irəlilədiyini vurğulayıblar.

Seçicilərdən Hacı Rzababa İbrahimov, Mehbalı Novruzov, Nəsibə Bayramova və başqaları YAP-ın namizədlərinə səs verəcəklərini söyləyiblər.