YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti qələbələrə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Kürdəmir, Karrar və Karrar qəsəbə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Seçki qərargahının üzvləri Nurlan Şəfiyev, Rüfət Nəsirov və bələdiyyə üzvlüyünə namizədlər Mais Bayramov, Baba İbişov, Elvin Məmmədov görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. Qeyd olunub ki, yeni qanunvericilik təşəbbüsləri bələdiyyələrin fəaliyyətində şəffaflığın və vətəndaşların iştirakının artırılmasına yönəlib. İslahatlar bələdiyyələrin sosial, iqtisadi və mədəni sahələrdə daha effektiv və səmərəli xidmətlər göstərməsini təmin edir.

Seçicilər bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.