YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “Le Huffington Post” portalı Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini tənqid edən məqalə yayıb

Fransanın “Le Huffington Post” portalında Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qərəzli qətnamənin tənqid edildiyi məqalə yayılıb.

Məqalənin müəllifi Didier Çaudet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqazda sabitliyin təhlükə altında olduğunu bildirir. Müəllif Avropa İttifaqının insan hüquqları məsələsindən hansısa məqsədlər üçün istifadə etməsinin düzgün olmadığını diqqətə çatdırır. Qeyd edir ki, Avropanın diplomatiyasında bu cür yanaşma insan hüquqlarının təşviqinə nəinki müsbət təsir göstərmir, əksinə geosiyasi cəhətdən onun uduzmasına gətirib çıxarır. Bu kimi halların baş verməsi sübut edir ki, sentyabrın 10-da Avropa Parlamentində qəbul olunan qətnamə Azərbaycan və Avropa arasında əlaqələrin soyuması ilə nəticələnəcək. Bunun artıq ilk nümunələri görünməkdədir. Misal kimi, Azərbaycanın Avronest Parlament Assambleyasını tərk etməsini göstərmək olar.

Məqalədə vurğulanır ki, heç şübhəsiz, Azərbaycan Avropa üçün enerji ixracının şaxələndirilməsi kontekstində mühüm tərəfdaşdır. Görünür Azərbaycana hücum çəkən Avropa parlamentariləri bu cür məsələlərin önəmini unudurlar.