Xəbərlər
Növbəti uğurun astanasında
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonunun Qıvraq, Qarabağlar, Xok bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə bələdiyyə üzvlüyünə namizədlər İlkin Məmmədov, Aysel Şəfiyeva və Sevinc İbrahimova çıxış edərək bələdiyyə seçkilərinin önəmindən söz açıblar. Onlar YAP-ın seçki proqramı haqqında məllumt verib, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Görüşlərdə seçicilər çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.