YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin mövqeləri daha da möhkəmlənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu Osakücə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Böyükağa Axundov əvvəlcə YAP-ın seçki proqramından bəhs edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışılıb. Qeyd olunub ki, Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir.

Seçki qərargahının üzvləri Şahrza Dövlətov, İltifat Cavadov və bələdiyyə üzvlüyünə namizədlər Həkər Cavadova, Mirzərza Əkbərov, Təranə Həbibova, Şəbnəm Kərimli yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyiblər.

Qeyd edək ki, Osakücə, Sütəmurdov, Kərgalan və Səpnəkəran bələdiyyələri üzrə namizədlərin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri də keçirilib.