YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu inkişafımızda YAP-ın rolu danılmazdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu Nağaraxana bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov çıxış edərək bildirib ki, YAP çoxsaylı uğurları ilə xalqın inam və etimadını qazanıb. Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisindəki, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsindəki tarixi rolu və misilsiz xidmətləri göz önündədir. Şübhəsiz, qalib, bütövləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm uğurlara, yeni-yeni hədəflərə nail olacaq.

Daha sonra çıxış edən seçki qərargahının üzvləri Ağarza Bayramov, Abı Həsənov və təşviqat qrupunun üzvü Fuad Səmiyev bildiriblər ki, yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində həyata keçirilən mühüm Dövlət proqramları  bələdiyyələrin fəallığının yüksəlməsinə yeni bir stimul  verib.

Seçicilər İqbal Məmmədov, Şahin Hidayətov və başqaları çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.