YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlılar tərəqqiyə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu Qasımbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir standartlara uyğun şəkildə qurulması üçün həyata keçirilən tədbirlərdən bəhs edib. Rayon təşkilatının sədri bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasının, nəticədə isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlər olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Rəşad Qurbanov və bələdiyyə üzvlüyünə namizədlər  Cəmil Məmmədov, Əliabbas Həsənli və Rizvan Babaşov görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Nəcibə Xəlilova, Gülbikə Qasımova, Balakərim Mehdiyev və digərləri bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.