YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayon seçiciləri YAP-ın namizədlərinə alternativ görmür

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonunun Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Nizami və Keşlə bələdiyyələri üzrə namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edib, evlərdə və məhəllələrdə seçicilərlə görüşlər keçiriblər.

Görüşlərdə YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının əsasları diqqətə çatdırılıb, seçicilər seçki günündə mütəşəkkil qaydada iştiraka və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət edilib.

Seçicilər YAP-ın namizədlərinə səs verəcələrini vurğulayıblar.