YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birgə addımlamaq üçün…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu Karrar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini  Elxan Qafarov bildirib ki, Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub. O, Yeni Azərbaycan Partiyasının indiyə qədər əldə etdiyi tarixi nailiyyətlər əsasında bələdiyyə seçkilərində də müvəffəqiyyət qazanacağına inamını ifadə edib.

Seçki qərargahının üzvləri Elnur Məmmədli, Rüfət Nəsirov və bələdiyyə üzvlüyünə namizədlər Mais Bayramov, Əfsanə Bağırova görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Şəmsəddin Güliyev, Oktay Ramazanov, Emil Cavadov yeni nailiyyətlər naminə birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, Şilyan-Qarabucaq bələdiyyəsi üzrə namizədlərin seçicilərlə məhəlli görüşləri də keçirilib.