YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yolu ilə yeni qələbələrə!

Azərbaycan Respublikasında  2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz rayonu, Şahbuz, Kolanı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Şahbuz bələdiyyəsi üzrə namizəd Kəramət Abbaslı, Kolanı bələdiyyəsi üzrə namizəd Gülnarə İsmayılova partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqramından bəhs edib, YAP-ın yerli özünüidarəetmə orqanlarının perspektiv inkişafı ilə bağlı hədəflərini izah ediblər. Qeyd olunub ki, bələdiyyə orqanlarının müstəqil və effektiv fəaliyyət göstərməsi üçün seçkilər böyük əhəmiyyət kəsb edir. Bu proses yerli idarəetmənin təkmilləşdirilməsi və cəmiyyətin rifahının artırılması məqsədi daşıyır.

Seçicilər Sevil Həsənova, Tərifə Məmmədova və Zakir Həsənov 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.